...

Naxçıvan MR üzrə rabitə xidmətlərinin həcmi 6,6 faiz artıb

Telekommunikasiya Materials 29 Mart 2012 15:38 (UTC +04:00)
Yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası (NMR) üzrə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi təxminən 7454,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,6 faiz çoxdur.
Naxçıvan MR üzrə rabitə xidmətlərinin həcmi 6,6 faiz artıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

Yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası (NMR) üzrə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi təxminən 7454,4 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,6 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı NMR-in Bakıdakı daimi nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, göstərilən ümumi xidmətlərin həcmindən 86,2 faiz (və ya 6427,3 min manat) özəl rabitə müəssisələrinin payına düşüb.

Özəl müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi ötən ilin eyni göstəricisi ilə müqayisədə 6,9 faiz artıb.

Yanvar-fevral ayları ərzində NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən 986,2 min manat dəyərində xidmət göstərilib ki, bu da 2011-cu ilin analoji dövrünə nisbətən 5 faiz çoxdur.

Muxtar Respublikanın ümumi istifadə olunan telefon şəbəkəsinin nömrə tutumu 2012-ci ilin yanvar-fevral aylarının nəticələri üzrə 425 ədəd artıb ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 10,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti