...

Azərbaycanda "Elektron hökumət" portalı yaxın müddətə işə salınacaq

Telekommunikasiya Materials 6 Aprel 2012 14:01 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət" portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işlər aparır.
Azərbaycanda "Elektron hökumət" portalı yaxın müddətə işə salınacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət" portalında təqdim edilən elektron xidmətlərin inteqrasiyası üzrə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Etibar Umudov bildirib.

Onun sözlərinə görə, dövlət strukturları müxtəlif platformalardan istifadə edir və onların öz aralarında inteqrasiya etməsi üçün texniki işlər aparmaq, serverlər quraşdırmaq və s. lazımdır.

Bu istiqamətdə işləri yaxın müddətə qədər başa çatdırmaq planlaşdırılır, bundan sonra portal istismara tam hazır olacaq. Portalın istismara buraxılışı ilin ikinci yarısına planlaşdırılır.

"Hazırda portala qoşulan dövlət strukturlarının sayı 16 ədəd təşkil edir, onların göstərdiyi elektron xidmətlərin ümumi sayı isə 60 ədədi ötür. Lakin onların sayı bununla məhdudlaşmır, yeni xidmətlərin yaranması ilə onların portalda sayı artacaq", - Umudov qeyd edib.

Respublika qurumları tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayının 300 ədəd təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti