...

Aİ Bakı məktəbləri üçün "eTwinning" layihəsini işə salmağı planlaşdırır

Telekommunikasiya Materials 13 Aprel 2012 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Vəliyev/

Payızda Bakıda Azərbaycanın orta təhsil müəssisələrində Avropa Komissiyasının "eTwinning" məktəb tərəfdaşlığı layihəsinin işə salınması məsələsi müzakirə ediləcək. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Treninq və monitorinq şöbəsinin direktoru Ramil Süleymanov deyib.

"Avropa Komissiyasının layihə üzrə nümayəndələrinin paytaxta səfəri oktyabr-noyabra gözlənilir. Görüş zamanı layihənin təfərrüatları müzakirə ediləcək. Müzakirələrin yekunu üzrə müqavilənin hazırlanması planlaşdırılır", - Süleymanov bildirib.

Təhsil Nazirliyi Avropa Komissiyasının "eTwinning" məktəb tərəfdaşlığı layihəsinin Azərbaycanın 10 məktəbində pilot tətbiqi haqqında təkliflə 2011-ci ilin ortlarında çıxış edib.

Qeyd edək ki, layihənin əsas məqsədi Şərqi Avropa məktəblərinin "eTwinning" portalına qoşulmasıdır. Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan "eTwinning" portalı tərəfdaş məktəblərin görüşü üçün virtual meydançadır. Bu portal vasitəsilə müxtəlif ölkələrin məktəbliləri bir-biriləri ilə ünsiyyət qura, mədəniyyyət və tarix haqqında informasiya mübadiləsi apara bilərlər.

Xəbər lenti

Xəbər lenti