Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 29.09.2010-cu il tarixli 299 nömrəli Sərəncamı ilə "AzEuroTel" Birgə Müəssisəsinin təşkilati-hüquqi formasının dəyişdirilərək "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin idarəçiliyində "AZ-EVRO TEL" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılmış və yeni yaradılmış "AZ-EVRO TEL" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 11.05.2011-ci il tarixində Dövlət qeydiyyatına alınmışdır.
"AZ-EVRO TEL" MMC yarandıqdan və Dövlət qeydiyyatından keçdikdən sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə "Nömrə resurslarının ayrılması və istifadəsi barədə" yeni müqavilə bağlanaraq MMC-nin telefon rabitəsi üzrə şəbəkə tutumu 20 000 nömrə artırılmış (504 00 00 ÷ 505 99 99 nömrə resursları) və 50 000 nömrəyə çatdırılmışdır.
"AZ-EVRO TEL" MMC hal-hazırda elektron-rəqəm tipli EATS - 492/497/437/504/505 stansiyasını istismar edərək Bakı şəhəri və Abşeron yarımadası ərazilərində abunəçilərə/istifadəçilərə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları (İT) xidmətləri göstərir.
Bununla yanaşı, "AZ-EVRO TEL" MMC tərəfindən abunəçilərə/istifadəçilərə yüksək keyfiyyətli və müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları (İT) xidmətləri göstərmək, digər Operatorlarla və Provayderlərlə rəqabətdə üstünlüyü təmin etmək üçün müvafiq tədbirlər görülür. O cümlədən: 504 00 00 ÷ 505 99 99 nömrə resurslarının istifadəsinə, istismarına başlanılmış və MMC-nin şəbəkəsinin genişləndirilməsi, yenidən qurulması, yeni texnologiyaların və xidmətlərin tətbiqi üçün layihələr üzərində işlər aparılır.
Hal-hazırda "AZ-EVRO TEL" MMC tərəfindən 002 saylı 26.08.1996-cı il tarixli Lisenziyasına uyğun olaraq aşağıda qeyd olunan telekommunikasiya və İT xidmətləri göstərilir:
- Yerli, Respublikadaxili və beynəlxalq telefon rabitəsi,
- DECT standartlı simsiz telefon rabitəsi,
- Yerüstü peyk stansiyası üzrə rabitə,
- ADSL texnologiyasından istifadə etməklə İnternet şəbəkəsinə qoşulma,
- "Ayrılmış xətlərlə" İnternet şəbəkəsinə qoşulma,
- İP TV,
- Banklara "SWIFT",
- Korporativ virtual (VLAN ) şəbəkələrin qoşulması,
- Danışıq məntəqələrində və taksofonlarla yerli, Respublikadaxili və beynəlxalq telefon danışıqları,
- Bankomatların "Azəri kart" və "Milli kart" şəbəkəsi üzərindən banklara qoşulması,
- WiMAX standartlı genişzolaqlı simsiz rabitə sistemi,
- və s.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət proqramı" (Elektron Azərbaycan) haqqında Sərəncamının, 2011 -2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramının qarşıya qoyduğu tələblərin, RİTN-nin və BTRİB-in müvafiq qərarlarının yerinə yetirilməsi üçün, eləcədə şəbəkənin genişləndirilməsi və rekonstruksiyası, yeni müasir texnologiyaların və xidmətlərin tətbiqi, investisiyanın cəlb edilməsi üzrə "AZ-EVRO TEL" MMC tərəfindən tədbirlər planı hazırlanır və onun həyata keçirilməsi üçün əməli tədbirlər görüləcəkdir.
Digər tərəfdən, "AZ-EVRO TEL" MMC telekommunikasiya və İT sahəsində beynəlxalq təşkilatların, o cümlədən: Beynəlxalq Telekommunikasiya Birliyinin (İTU) və Rabitə sahəsində Regional Birliyin (RSS) üzvüdür və bu təşkilatlarla əməkdaşlığı davam etdirməyi nəzərdə tutur. Bir çox beynəlxalq layihələrdə, sərgilərdə və konfranslarda iştirak etmək üçün işlər davam etdiriləcəkdir.
Ünvan: Azərbaycan Respublikası, AZ1001, Bakı şəh., B. Sərdarov küç., 1.
Sorğular üçün qısa nömrə: 197
Əlaqə telefonları: + 994 12 492 65 00; 497 25 99; 437 26 99
Faks: + 994 12 497 01 01
E-mail: [email protected]
Web site: www.azeurotel.com