...

EPEG kabel magistralının Azərbaycan seqmentinin yoxlanılması başa çatıb

Telekommunikasiya Materials 21 Dekabr 2012 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir H.Vəliyev/

EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının Azərbaycan seqmentinin yoxlanılması başa çatıb. Bu barədə cümə günü Trend-ə "Delta Telecom" şirkətinin texniki direktoru Raid Ələkbərli bildirib.

Onun sözlərinə görə, iştirakçı ölkələrin ərazisindən çəkilmiş kabel magistralının hər bir seqmenti diqqətlə yoxlanılır və EPEG iştirakçılarının görüşünün növbəti mərhələsinin layihənin açılışına həsr ediləcəyi gözlənilir. Bunun da 2013-cü ilin əvvəlində baş verəcəyi ehtimal olunur.

Kabel magistralının yoxlanılmasına başlanması haqqında qərar konsorsium iştirakçılarının noyabrda İranda keçirilmiş yığıncağı çərçivəsində qəbul edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti