...

Daha bir proqram təminatçısı Azərbaycanda Elektron Təhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Telekommunikasiya Materials 20 Mart 2013 10:02 (UTC +04:00)
"Trend Micro" ABŞ-Yaponiya şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması layihəsində fəal iştirak etmək niyyətindədir.
Daha bir proqram təminatçısı Azərbaycanda Elektron Təhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir H.Vəliyev/

"Trend Micro" ABŞ-Yaponiya şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması layihəsində fəal iştirak etmək niyyətindədir. Bunu Trend-ə KÜR kompüter zavodunun baş direktoru Rizvan Osmanov deyib.

"Trend Micro"nun Mərkəzi Asiya regionunda distribüteri Türkiyənin "Helyum Bilişim Hizmetləri" şirkətidir. Bu şirkətin Azərbaycan bazarında maraqlarını KÜR təmsil edir.

Osmanovun sözlərinə görə, "Trend Micro"nun layihədə iştirakı şirkətin bu sahədə təklif etdiyi həllər, ekspertizalar və texnologiyalarla tanış olmaq imkanlarının təqdim edilməsini nəzərdə tutur.

"Hazırda Mərkəzlə əməkdaşlıq imkanlarının müzakirəsi haqqında artıq ilkin razılıq əldə olunub və yaxın vaxtlarda məsələ təfərrüatı ilə nəzərdən keçiriləcək", - Osmanov bildirib.

Qeyd edək ki, hazırda layihəyə ABŞ-ın "Symantec" şirkəti qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti