...

Elmir Vəlizadə: Azərbaycanda uşaqların arzuolunmaz internet kontentdən qorunması üçün ictimaiyyətin iştirakı lazımdır

Telekommunikasiya Materials 11 Fevral 2014 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan ictimaiyyəti uşaqların internet şəbəkəsində arzuolunmaz kontentdən qorunmasının təmin edilməsində fəal iştirak etməlidir. Bunu çərşənbə axşamı Trend-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu məsələ dövlət strukturları səviyyəsində xüsusi aktuallıq qazanır: "Hazırda bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gündəmindədir. Komitə bu istiqamətdə müəyyən addımlar atmağı planlaşdırır".

E.Vəlizadə hesab edir ki, internet resurslarının bloka salınması vəziyyətdən çıxış yolu deyil və problemin həlli yolu ictimaiyyətin bu məsələnin həllində bilavasitə iştirakından asılıdır: "Əvvəllər Azərbaycanı qınayırdılar ki, ölkədə on milyonlarla saytın bloka salınmasına istiqamətlənmiş müəyyən addımlar atılır. Əlbəttə ki, bunlar həqiqəti əks etdirmir. Üstəlik, bu məlumatlar məqsədyönlü şəkildə yayılırdı".

Nazir müavininin qənaətincə, məsələnin texniki səviyyədə, yəni internet-provayderlər səviyyəsində həlli bununla bağlı konkret müraciətlər daxil olacağı təqdirdə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti