...

Azərbaycanda qaz sayğaclarının SMART kartlarının internetlə yüklənməsi qurğularının satışına başlanıb

Telekommunikasiya Materials 10 İyul 2014 15:11 (UTC +04:00)
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qaz sayğaclarının SMART kartlarının onlayn yüklənməsi üçün kartriderlərin satışına başlayıb.
Azərbaycanda qaz sayğaclarının SMART kartlarının internetlə yüklənməsi qurğularının satışına başlanıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) qaz sayğaclarının SMART kartlarının onlayn yüklənməsi üçün kartriderlərin satışına başlayıb. Bu barədə cümə axşamı Trend-ə MHM-dən bildiriblər.

MHM-dən deyiblər ki, qurğunun dəyəri 15 manatdır. Kartrideri (və proqram təminatını) almaq üçün elektron müraciəti doldurmaqla (əlaqə məlumatlarının göstərilməsi vacibdir) MHM-in saytı vasitəsilə müraciət etmək olar. Kartriderlərdən elektron imza ilə əməliyyatların aparılması zamanı da istifadə etmək mümkündür.

SMART-kartların yüklənməsi üçün onu kartriderə qoymaq, START düyməsini basmaq və kart haqqında məlumat yoxlananadək gözləmək lazımdır. Daha sonra karta yüklənməsi planlaşdırılan məbləği göstərərək növbəti səhifəyə keçmək tələb olunur. Daha sonra kart haqqında məlumatı daxil etmək və ödəniş etmək lazımdır. Pul vəsaitlərinin karta yüklənməsi üçün START düyməsini basmaq, prosesin başa çatmasını gözləyərək kartı götürmək lazımdır.

Kartın yüklənməsi əməliyyatını aparmazdan əvvəl kartda qalan məbləği qaz sayğacına yükləmək və kartda vəsaitin olmadığına əmin olmaq lazımdır. Çünki əks halda vəsait karta yüklənməyəcək. Həmçinin kartı yüklənmə prosesi başa çatmazdan əvvəl götürmək də qadağandır.

Hazırda SMART-kartların yüklənməsini MilliÖN və e-Manat özünəхidmət terminallarında və Azərbaycan banklarının bütün filiallarında həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti