...

"Mingəçevir Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili ilə bağlı tədbirlər planı təsdiqlənib

Telekommunikasiya Materials 2 İyun 2015 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Mingəçevir Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili ilə bağlı 2015-ci il üçün tədbirlər planını təsdiqləyib.

Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

Tədbirlər planında "Mingəçevir Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili, təbliğat işlərinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın qurulması, yerli və xarici ekspertlər ilə görüşlərin keçirilməsi və digər məsələlər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti