...

"Nar" Bakı-2015 Avropa Oyunlarına dəstək məqsədilə yeni çarx hazırladı

Telekommunikasiya Materials 4 İyun 2015 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakı-2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı və telekommunikasiya təminatçısı olan "Nar" mobil operatoru ilk dəfə keçiriləcək bu mötəbər yarışa dəstək məqsədilə yeni reklam çarxını təqdim etdi.

Azərbaycanın sürətlə inkişaf edən rabitə operatorunun hazırladığı çarx iki qardaşın hekayəsini önə çəkir və məsafədən asılı olmayaraq, sevdiklərinin yardımı ilə insanın bir çox şeyə nail ola biləcəyindən bəhs edir. "Bağlandıqca daha güclüyük" çarxın mesajıdır. Çarxı "Nar" operatorunun rəsmi facebook səhifəsində izləmək olar
(https://www.facebook.com/narmobile/posts/983645124993041).

Qeyd etmək lazımdır ki, Bakı-2015 Avropa Oyunlarına dəstək kampaniyasının bir parçası olaraq, "Nar" mobil operatoru Bakı bulvarı, "Crystal Hall" konsert salonu və Avropa Oyunları parkı ərazisində müxtəlif aksiyalar keçirməyi planlaşdırır. Bakı-2015 Avropa Oyunlarını təşviq etmək üçün mobil operator artıq bir sıra aksiyalar keçirmişdir. Bunların arasında idman federasiyalarında "açıq qapı" günləri, idman jurnalistləri üçün master-klass və digər tədbirləri qeyd etmək olar.

Eyni zamanda, Bakı-2015 Könüllülər proqramının rəsmi tərəfdaşı olan "Nar" operatoru Avropa Oyunları müddətində müxtəlif məqsədlər ücün istifadə olunacaq mobil tətbiqi könüllülər ücün təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti