...

Azərbaycan e-imza texnologiyasını Ukraynaya ixrac edib

Telekommunikasiya Materials 7 Oktyabr 2016 12:02 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev – Trend:

"Asan Imza" mobil rəqəmsal imza Ukrayna Ədliyyə Nazirliyinin akkreditasiya olunmuş milli sertifikat mərkəzinə inteqrasiya olunub.

Bu barədə Trend "B.EST Solutions" şirkətinə istinadən xəbər verir.

Sistem inteqratoru funksiyasını həyata keçirən "B.EST Solutions" layihənin reallaşdırılması üzrə texniki işləri həvalə edildiyi struktur qismində seçilib.

Ukrayna sertifikatından istifadə etməklə "Asan Imza" mobil e-imzanın pilot versiyası Kiyevdə keçirilən PKIForumUA 2016 beynəlxalq forum çərçivəsində təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti