...

İstifadəçilərimizin məlumatları internətə sızmayıb - "Facebook"

Telekommunikasiya Materials 5 Oktyabr 2021 07:05 (UTC +04:00)
İstifadəçilərimizin məlumatları internətə sızmayıb - "Facebook"

Bakı. Trend:

Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə "Facebook" şirkətinin yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir: "Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur".

Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:

"Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər".

Xatırladaq ki, ötən gün "Facebook", "İnstagram" və "WhatsApp" 6 saatdan çox işləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti