...

Maliyyə sektorunun kibertəhlükəsizliyi strategiyasının elementləri 2023-cü ildə tətbiq olunacaq - Mərkəzi Bank

Telekommunikasiya Materials 24 Noyabr 2022 13:56 (UTC +04:00)
Maliyyə sektorunun kibertəhlükəsizliyi strategiyasının elementləri 2023-cü ildə tətbiq olunacaq - Mərkəzi Bank
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə sektorunun kibertəhlükəsizliyi strategiyasının elementlərinin tətbiqi artıq 2023-cü ildə başlayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov bu gün VI Beynəlxalq bankçılıq forumunda deyib.

O bildirib ki, Mərkəzi Bank bu ilin sonunadək strategiyanın ilkin versiyasının hazırlanmasını başa çatdırmağı planlaşdırır. Strategiya üçillik müddəti əhatə edəcək.

F.Osmanov qeyd edib ki, Mərkəzi Bank hazırda rəqəmsal manatın tətbiqi məsələsi üzrə məsləhətləşmələri davam etdirir.

"Azərbaycan Mərkəzi Bankı bu məsələdə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq edir. Rəqəmsal manatın inflyasiyaya necə təsir edəcəyini də qiymətləndirmək lazımdır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti