...

Azərbaycan Dünya Bankının dövlət idarəetməsinin rəqəmsallaşması üzrə reytinqində mövqeyini yaxşılaşdırıb

Telekommunikasiya Materials 17 Aprel 2023 16:02 (UTC +04:00)
Azərbaycan Dünya Bankının dövlət idarəetməsinin rəqəmsallaşması üzrə reytinqində mövqeyini yaxşılaşdırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dünya Bankının (DB) "rəqəmsal yetkinlik indeksi"ndə (GovTech Maturity Index/GTMI) mövqeyini yaxşılaşdırıb.

Trend bu barədə bazar ertəsi DB-nin məlumatlarına istinadən xəbər verir.

Belə ki, 2020-ci ilin reytinqində Azərbaycan B qrupuna daxil idisə, yenilənmiş indeksdə dövlət idarəetməsinin ən yüksək səviyyəsinə malik ölkələrin daxil olduğu A qrupuna keçirilib. Qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında A qrupuna düşən yeganə ölkədir.

"Azərbaycanda "rəqəmsal yetkinlik indeksi" 2020-ci ilin reytinqindəki 0.604 balla müqayisədə 0.775 bal olub.

DB-nin məlumatlarında deyilir ki, Azərbaycanın onlayn xidmətlər portalı (e-gov) əsasən tranzaksiya xarakteri daşıyan 455 onlayn xidmətə çoxkanallı çıxış imkanı təmin edir. Giriş üçün elektron imzadan və ya mobil ID-dən (ASAN imza) istifadə etmək mümkündür. 2022-ci ildə "ASAN Login"də qeydiyyatdan keçmiş insanların sayı 2,5 milyon nəfəri ötüb.

"Müvafiq nazirliklər tərəfindən bir sıra digər internet xidmət portalları işə salınıb. Onlayn vergi portalı qeydiyyat, elektron müraciət və ödənişləri dəstəkləyir. Elektron ödənişlər portalından bank köçümələri, kredit kartları və ya mobil ödənişlər üçün istifadə etmək olar. Elektron gömrük portalı 19 tranzaksiya xidmətinə çıxış imkanı verir, əlçatan xidmətlərə dair statistika isə gündəlik əsasda yenilənir. Elektron sosial portal və mobil tətbiq xidmət göstərilməsində daha tez-tez istifadə olunan kanallar olub (2022-ci ildə 9,7 milyon xidmət sorğusu olub) və sosial sığorta, pensiya təminatı və iş axtarışı xidmətlərinə çıxış imkanı təmin edilib", - deyə DB-nin məlumatlarında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti