...

Azercell Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mobil rabitə ilə 100 faiz əhatə olunmasını hədəfləyir

Telekommunikasiya Materials 16 May 2023 11:21 (UTC +04:00)
Azercell Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mobil rabitə ilə 100 faiz əhatə olunmasını hədəfləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azercell Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mobil rabitə ilə 100 faiz əhatə olunmasını hədəfləyir.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycanın Azercell mobil operatorunun prezidenti Zarina Zeynalova "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

"Biz Azərbaycanda 5 milyondan çox abunəçini rabitə ilə təmin edirik. İnfrastruktur, səmərəlilik və insan kapitalı olmaqla üç əsas istiqamətdə investisiya qoyuruq. Bu gün şirkət 4G şəbəkəsinin əhatəsinin genişləndirilməsi layihəsi üzərində çalışır. Mobil stansiyaların yarıdan çoxunu yeniləmişik və daha 150 yeni mobil stansiya qurmaq istəyirik. Qarabağın mobil rabitə ilə əhatə olunmasını və bu bölgənin sosial inkişafına töhfə verməyi hədəfləyirik. Bu həmçinin bərpa prosesini sürətləndirməyə imkan verəcək. Həmçinin göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin əldə olunması üzrə proqramın işə salındığını qeyd etmək istəyirəm. İnfrastrukturu modernizasiya etməklə və yeniləməklə abunəçilərimiz üçün təhlükəsiz şəbəkənin təmin olunması üzrə hədəflərə nail oluruq", - o deyib.

Bundan başqa, Z.Zeynalova Azercell-in ötən il fintex həllini işlədiyini və bunun maliyyə sənayesi sektorunun inkişafını sürətləndirməyə imkan verdiyini bildirib.

"Rəqəmsal dayanıqlılıq son dərəcə mühümdür və biz bununla əlaqədar olaraq şirkətin inkişafı və göstərilən xidmətlər üzrə daha böyük göstəricilər əldə etmək məqsədilə əməkdaşlarımızın İspaniyada və digər ölkələrdə təlim almasını hədəfləyirik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti