...

Böyük Britaniya kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Telekommunikasiya Materials 4 Mart 2024 10:26 (UTC +04:00)
Böyük Britaniya kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya yaxın tərəfdaş qismində kibertəhlükəsizlik sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Böyük Britaniyanın Kibertəhlükəsizlik Sərgisində çıxışında deyib

"Azərbaycan mürəkkəb qonşuluq şəraitindədir və bilir ki, kibertəhdidlər ehtiva edən təhlükələr və onların qarşısını almaq üçün qabaqcıl metodlarla bağlı diqqətli olmalıdır. Bu cür hücumlar kritik infrastruktur yönəldikdə, iqtisadiyyatı və cəmiyyəti təhdid edərək, insanların həyatını təhlükə altında qoyur. Prezident İlham Əliyev kibertəhlükəsizliyin inkişafını ölkənin əsas prioritetlərindən birinə çevirib və Böyük Britaniya yaxın tərəfdaş qismində kibertəhlükəsizlik sahəsində təcrübəsini bölüşməyə hazırdır", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya dünyada kibertəhlükəsizlik xidmətlərinin aparıcı təminatçısıdır.

"Güclü tərəflərimiz kiberkəşfiyyat, səmərəli dövlət-özəl tərəfdaşlığı, innovasiya və startapların ekosistemi, kadrların təhsili və hazırlığına tərəfdarlıq, etibarlı normativ-hüquqi baza və kibertəhlükəsizliyə qlobal təsiri əks etdirir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti