...

ABŞ-də "TikTok" bağlanır

Telekommunikasiya Materials 19 Yanvar 2025 02:27 (UTC +04:00)
ABŞ-də "TikTok" bağlanır

Bakı. Trend:

"TikTok" sosial şəbəkəsi prezident Co Baydenin administrasiyası tərəfindən qüvvəyə minən qadağaya görə yanvarın 19-da ABŞ-də fəaliyyətini dayandıracaq.

Trend-in məlumatına görə, bu həftə ABŞ-də təxminən 170 milyon istifadəçi auditoriyası olan "TikTok" ABŞ-də fəaliyyətini dayandıracağını bildirib. Bildirilib ki, indiki hakimiyyət orqanlarından fəaliyyətini davam etdirməyin onun və tərəfdaşlarının cərimələnməsi ilə nəticələnməyəcəyinə dair heç bir zəmanət verilməyib.

Yanvarın 19-da "TikTok" istifadəçilərinin servisə girişinin kəsiləcəyi və mobil tətbiqin "Apple" və "Google" tətbiq mağazalarından silinəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti