Azərpoct Dövlət müəssisəsi (DM) Rabitə və informasiya texnologiyaları Nazirliyinin nəzərdədə tutduğu pllan əsasında ölkənin regionlarında poçt şöbələrinin tikintisinə başlayıb. DM-dən Trend ə verilən məlumata görə, tədbirlər planı avqustun sonlarında təsdiqlənib və bununla eyni vaxtda müvafiq işlərin görülməsinə başlanılıb.
DM-dən həmçinin bildiriblər ki, 60 yeni poçt şöbəsi Xanlar, Ağdaş, Ağcabədi, Şamaxı, Bərdə, Zərdab, Xızı, Füzuli, Biləsuvar, Apşeron və digər rayonların kəndlərində tikilməsi planlaşdırılıb.
Bu obyektlərin nə vaxt istismara veriləcəyi barədə dövlət strukturundan bildiriblər ki, bunun cari ilin noyabrın həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, hazırda Mingəçevir, Xızı və Ağstafanın inzibati poçt binalarının tikintisi aparılır.
Yuxarıda göstərilən tədbirlər 2004-2008-ci illərdə ölkənin regionlarının sosial -iqtisadi inkişafını nəzərdə tutan Dövlət proqramı əsasında həyata keçirilir.