...

Rabitə və informasiya texnologiyalarının birinci müavini təyin olunub

Telekommunikasiya Materials 24 Dekabr 2005 14:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əiyevin sərəncamı ilə İltimas Məmmədov rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini təyin edilib. Rabitə Nazirliyinin mətbuat mərkəzinin rəhbəri Müşfiq Əmirovun Trend ə verdiyi məlumata görə, bundan əvvəl İltimas Məmmədov Rabitə Nazirliyində nizamlama şöbəsinin müdiri vəzifəsində çalışıb.

İltimas Əhməd oğlu Məmmədov 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Yuxarı Əylisli kəndində anadan olub. 1984-cü ildə Ç.İldırım adına Politexnik İnstitutunun Elektrotexnika fakultəsinə daxil olub və 1989-cu ildə ali məktəbi çoxkanallı elektrik rabitəsinin mühəndisi ixtisası üzrə başa vurub.

Elə həmin il o, Baki Telefon Rabitəsi İstehsalat Birliyinin İstehsalat Laboratoriyasında elektromexanik kimi çalışmağa başlayıb. 2000-ci ildə Məmmədov Rabitə Nazirliyi Telekommunikasiya Şəbəkəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri olub. 2005-ci ildə Nazirlikdə aparılan struktur dəyişikliklər nəticəsində o, Nazirliyin nizamlanma şöbəsinin müdiri vəzifəsini tutub.

Nazirlikdən bildirilib ki, artıq 7 ildir ki, Nazirlikdə bu vəzifəni heç kim tutmurmuş. M.Əmirovun sözlərinə görə, nizamlanma şöbəsinin müdiri vəzifəsinə dövlət strukturundan hələ heç kim təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti