...

Əli Abbasov: Fimbank ilə məhkəmə Azərbaycanın xeyrinə başa çatacaq

Telekommunikasiya Materials 11 Yanvar 2006 13:40 (UTC +04:00)

Malta Fimbank ilə məhkəmə davası Azərbaycanın xeyrinə başa çatacaq. Trend bildirir ki, bu barədə AR rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu işlə bağlı Azərbaycan tərəfini müdafiə edən vəkillər qrupunun proqnozuna istinadən bəyan edib.

Yanvarın 4-də Azərbaycan Rotterdam məhkəməsinə Azərbaycan hökumətinə qarşı guya bank tərəfindən rabitə nazirliyi və Pochtbank AKB-nin zəmanəti ilə nazirliyin müəssisələrinə verilmiş kreditin ödənməməsinə dair məhkəmə iddiası qaldıran Malta Fimbank-ın işi ilə bağlı növbəti sənədləri təqdim edib.

Onun sözlərinə görə, hazırda Fimbank tərəfindən cavab sənədlərinin hazırlığı ilə bağlı işlər görülür. "Ola bilsin ki, 2-3 ay ərzində bu işlə bağlı son qərar qəbul edilsin" -deyə nazir qeyd edib.

Fim Bank-ın rabitə nazirliyinin mövcud olmayan Aztell müəssisəsinə saxta sənədlər əsasında verdiyi kreditin məbləği $ 3 035000, mövcud olmayan Baktell müəssisəsinə isə $1 560000 təşkil edir.

Nazir həm də qeyd edib ki, Azərbaycan Fim Bank-dan hökumətə dəymiş mənəvi zərərə görə rəsmən üzr istəməsini tələb edəcək.

Xəbər lenti

Xəbər lenti