...

Azərbaycanda Oracle korporasiyası günləri başa çatıb

Telekommunikasiya Materials 9 Fevral 2006 20:41 (UTC +04:00)

Dünyada ən iri korporativ proqram təminatı istehsalçısı olan Oracle "Azərbaycan Respublikasında Oracle günləri" keçirib. Fevralın 9-da bu çərçivədə AR Prezident Aparatının dəstəyilə "Oracle Applications Day və Oracle Technology Day texnologiya konfransı" biznes-konfransı keçirilib. Trend bildirir ki, "Azərbaycan Respublikasında Oracle günləri" proqramı işgüzar və texnologiya konfransını əhatə edirdi. Konfransda Oracle vitse-prezidentinin başçılığı ilə Oracle nümayəndələri, Oracle MDB baş direktoru Boris Şerbakov iştirak edib.

Konfrans 3 bölməyə - biznes bölməsi, texnologiya və Oracle tərəfdaşlarının təqdimatı kimi bölmələrdən ibarətdir.

İlk bölmədə korporasiyanın əsas istiqamətləri ilə tanışlıq təqdimatı ilə B.Şerbakov, Oracle MDB biznes əlavələrin satışı üzrə direktoru Andrey Draçenko və şirkətlə əməkdaşlıq təcrübəsinə malik olan bir sıra strukturların nümayəndələri çıxış edib.

İkinci bölmədə əsasən yeni məhsul və şirkətin işləyib hazırladığı təkliflərə toxunuldu. Oracle Fusion Middleware kompleksinin premyerası keçirildi.

Həmçinin Oracle korporasiyasının R.I.S.K, Sinam, Kvazar-Micro korporasiyası kimi tərəfdaş şirkətlərinin təqdimatı keçirildi.

Şirkətin MDB-də, Belorus, Rusiya, Qazaxıstan və Ukraynada nümayəndəlikləri vardır. Oracle mövcud 6 rəsmi tərəfdaşla Azərbaycan ilə əməkdaşlıq təcrübəsinə malikdir və Oracle texnologiyası ölkənin bir sıra dövlət müəssisələrində - Prezident Aparatı, Maliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan milli Bankı, Azercell Telecom MM, Barmek Azerbaijan və digər müəssisələrdə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti