...

Aztelekom İB Azərbaycan rayonlarında rabitənin yenidən qurulması üzrə tender elan edib

Telekommunikasiya Materials 26 May 2006 16:31 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Aztelekom İB Qazax rayonunun kəndlərində rabitənin elektronlaşdırılması üzrə tender elan edib. Trend in xəbər verdiyi kimi, tender 1 lot -Qazax rayonunun Daş Salahlı, Çaylı və Kosalar kəndlərində ATS-in tam yenidən qurulması üzrə keçirilir.

Tenderdə maraqlı şəxslər iyunun 4-dən gec olmayaraq 1500 AZN köçürməli və ilkin sənədləri təqdim etməlidir. Tender təklifləri iyulun 11-dən gec olmayaraq qəbul olunacaq.

Prosedurun özü iyulun 12-də saat 15:00-da Qazax Telekommunikasiya Qovşağında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti