...

"Smart System Technology" "AKKORD" qrupunun biznes fəaliyyətini avtomatlaşdırır

Telekommunikasiya Materials 30 Sentyabr 2006 11:45 (UTC +04:00)

"Smart System Technology" şirkəti "AKKORD" qrupunun biznes fəaliyyətinin avtomatlaşdırılması üzrə işlər aparır. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

"İlkin layihə hazırlandıqdan sonra, baxılması üçün onu "AKKORD"a təqdim edəcəyik. Bəyənildiyi təqdirdə saziş imzalanacaq", - deyə şirkətdən bildirilib.

Smart, həmçinin, şirkətin baş ofisi və filialları arasında korporativ şəbəkənin yaradılması üzrə işlər görür.

1999-cu ilin noyabr ayından fəaliyyətə başlamış "Smart System Technology" bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, telekommunikasiya şəbəkəsinin quraşdırılımasının layihələndirilməsi, mürəkkəb informasiya sistemlərinin işlənib hazırlanması, bank və maliyyə sahəsində konsaltiq xidməti, internet xidməti, müasir kommunikasiya avadanlıqlarının satışı və digər bu kimi xidmətlər göstərir. Şirkət, həmçinin, "Oracle" korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti