"Azəronline" istifadəçilərinin rahat internet imkanı ilə yanaşı, həm də hər ay noutbuk qazanmaq şansları var. Şirkət "İnternetCell" xidməti çərçivəsində keçirdiyi lotereya ilə istifadəçilərinə belə bir unikal şans yaradır.
Trend in xəbər verdiyi kimi, artıq internetə qoşulmaq üçün kart almağa ehtiyac qalmır. İndi istifadəçilər günün istənilən vaxtı mobil telefondan 9070 nömrəsinə mesaj göndərməklə İnternetə rahat çıxış əldə edə bilirlər. Bu nömrəyə mesaj göndərən istənilən istifadəçi "Azeronline" və "DNS Computers" şirkətlərinin birgə keçirdiyi bu lotereyanın avtomatik iştirakçısına çevrilir.
Göndərilən hər bir mesaj iştirakçı üçün bir şans sayılır. Artıq lotereyanın oktyabr ayı üzrə nəticələri bəllidir. Noutbuku qazanmış qalibin mükafatlandırmasında iştirak edən "Azeronline" şirkətinin prezidenti Elçin Ağakişiyev elan etdi ki, budəfəki lotereyanın şanslı qalibi Bakı sakini, 190 saylı məktəbin 11-ci sinif şagirdi Əhməd Ələkbərovdur.