...

Azərbaycanda rabitə işçilərinin peşə bayramı qeyd olunur

Telekommunikasiya Materials 6 Dekabr 2006 17:55 (UTC +04:00)

Bu gün Azərbaycanda rabitə işçilərinin peşə bayramı qeyd olunur. Azərbaycanın Rabitə və informasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, rəhbərliyin, nazirliyin və onun şöbələirinin iştirakı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək Azərbaycanda telefon rabitəsinin yaranma tarixindən danışıb və vurğulayıb ki, bu gün nazirliyin rabitə işçilərinin sayı 20 min nəfərdir. Onun sözlərinə görə, Azərbaycanda ilk telefon xətti 1881-ci ilin 23 noyabrında, yeni təqvimlə 6 dekabrda Nobel Qardaşları cəmiyyətinə çəkilib. "Bu gün dövlət başçısı İlaham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən, ölkədə rabitə günü kimi qəbul olunub". Görüşə "Şöhrət" ordeni və "Tərəqqi" medalına, "Əməkdar rabitə işçisi" fəxri adına və mükafatlara layiq görülmüş əməkdaşlar dəvət olunub. Naxçıvan Muxtar Respublikası, Xınalıq kəndi, Əlibayramlı, Lənkəran, Masallı, Gəncə və başqa rayonlarla videorabitə yaradılıb, adıçəkilən bölgələrin telekommunikasiya qovşaqlarının əməkdaşlarından təbriklər səslənib.

Xəbər lenti

Xəbər lenti