...

Azərbaycanın Rabitə Nazirliyi yeni internet-portal təqdim edib

Telekommunikasiya Materials 17 May 2007 19:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnofrmasiya Texnologiyaları Nazirliyi cümə axşamı informasiya cəmiyyəti beynəlxalq gününə həsr olunmuş mərasimdə yeni veb-saytın təqdimatını keçirib.

Yeni portalın üç versiyası var - Azərbaycan, rus və ingilis versiyası. O, "Nazirlik", "Telekom" "IT" və "Poçt" bölmələrindən ibarətdir. Veb-sayta ölkədə rabitə və informasiya texnologiyaları sahəsində cari vəziyyət barədə, xidmətlər, İKT sektorunun Azərbaycandakı tarixi haqqında məlumat daxildir, rabitə sahəsində layihələr, dövlət proqramları, qanunvericilik bazaları haqqında söhbət açılıb.

İstifadəçilərə xidmətlərin göstərilməsi üzrə xüsusi bölmə yaradılıb. İstifadəçilər onları maraqlandıran suallara cavab əldə edə bilər. Portalda maraqlı yenilik "İstifadəçilər" alt bölməsində rayon və Bakının telekommunikasiya qovşaqları üzrə məşğul olmayan nömrələrin yerləşdirilməsidir.

Portalda yerli özəl şirkətlər, BM, IT sahəsində beynəlxalq şirkətlər, tədris müəssisələrinin linkləri var.

Xəbər lenti

Xəbər lenti