...

AİB Azərbaycanda su təchizatı obyektlərinin tikintisi üzrə tender elan edib

Tender müsabiqələri Materials 13 Fevral 2012 15:46 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı sistemi və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə multitranş investisiya proqramının ikinci tranşı çərçivəsində maliyyələşdirilən Naxçıvan şəhərində su təchizatı obyektlərinin və kanalizasiya şəbəkələrinin tikintisi üzrə tender elan edib.
AİB Azərbaycanda su təchizatı obyektlərinin tikintisi üzrə tender elan edib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda su təchizatı sistemi və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə multitranş investisiya proqramının ikinci tranşı çərçivəsində maliyyələşdirilən Naxçıvan şəhərində su təchizatı obyektlərinin və kanalizasiya şəbəkələrinin tikintisi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın məlumatında deyilir.

Tender paylayıcı su şəbəkəsinin (76 881 metr) tkintisini, su sayğaclarının (5106 dəst) tədarükü və quraşdırılması da daxil olmaqla, evlərin qoşulmasını, kanalizasiya şəbəkəsinin (65 546 metr), kanalizasiya qapaqlarının (1416 dəst) tikintisini, qoşulmaları (801 dəst) əhatə edir.

Bu işlərin həyata keçirilməsi üzrə planlaşdırılan müddət 548 gündür.

Əlavə məlumat almaq üçün sövdələşmələrin iştirakçıları Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin layihələrin idarə edilməsi üzrə direktoru İbrahim Məmmədov ilə əlaqə saxlaya bilərlər:

Telefon: (+99436) 5452618, faks: (+99436) 5453067, e-mail: [email protected])

Sənədlər Dövlət Komitəsinə 2012-ci il 30 mart saat 10:00-dan gec təqdim edilməməlidir.

Bank 2012-ci ilin yanvarında Azərbaycanda su təchizatı sistemi və sanitar xidmətlərin yaxşılaşdırılmasına 300 milyon dollar həcmində ikinci tranşın ayrılmasını bəyənib. Kredit vəsaitləri Ağdaş, Göyçay, Naxçıvan və Beyləqanda su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması çərçivəsində işlərin başa çatdırılmasına yönəldiləcək.

Bu gün AİB Azərbaycanda su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirib. 30 milyon dollar məbləğində birinci kredit 2004-cü ildə Göyçay və Naxçıvanda su təchizatı sisteminin bərpasına ayrılıb. Mövcud layihənin ümumi dəyəri 39,9 milyon dollardır. Layihənin həyata keçirilmə müddəti 30 iyun 2011-ci ildə başa çatıb.

Beş il əvvəl təsdiqlənmiş layihənin bahalaşması və həmin rayonlarda işləri tam əhatə etməsi ilə əlaqədar MFF vəsaitləri hesabına 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti tərəfindən isə 25 milyon dollar ayrılıb.

MFF 2009-cu ilin sentyabrında 600 milyon dollar məbləğində bankın Direktorlar Şurası tərəfindən bəyənilib. Bank 175 milyon dollar həcmində üçüncü tranşı 2012-ci il dekabrın 31-də təsdiqləməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti