...

Gəncə və Şəkinin torpaq kadastrının hazırlanması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 2 İyun 2014 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Z.Qurbanova/

Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə və Şəki şəhərlərinin torpaq kadastrının məlumat bazasının hazırlanması üçün ölçmə işlərinin satın alınması üzrə kotirovka sorğusu elan edib. Trend xəbər verir ki, bu barədə tender komissiyasının rəsmi mətbuatda dərc etdirdiyi məlumatda deyilir.

İşlər Almaniya KfW İnkişaf Bankının vəsaitləri hesabına kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində həyata keçiriləcək.

Gəncədə işlərin satın alınması üzrə kotirovka sorğusu iki lot üzrə keçiriləcək: Kəpəz rayonunun Məhsəti qəsəbəsi, 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi, Nizami rayonunun 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi (cəmi 829,34 hektar).

Hər lot üzrə təkliflər ayrıca qəbul edilir.

Kotirovka sorğusu üzrə təkliflər iyunun 13-dək qəbul edilir.

Təkliflərin açılışı iyunun 16-da keçiriləcək.

Əlavə məlumat almaq üçün Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 ünvanına müraciət etmək olar.

Telefon: +99412 510 8461;
faks: +99412 510 8463;
Əlaqələndirici şəxs: Ü.Təhməzli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti