...

Dəməşqdə baş verən atışmada 28 nəfər ölüb, 450 nəfər yaralanıb

Turizm Materials 10 Dekabr 2024 00:57 (UTC +04:00)
Dəməşqdə baş verən atışmada 28 nəfər ölüb, 450 nəfər yaralanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 8-də Suriyanın paytaxtı Dəməşqdə müxalifət qüvvələrinin nəzarətə keçirdikləri bölgələrdə baş verən atışma nəticəsində ən azı 28 nəfər ölüb, 450 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə naziri Əhməd Damiriya “Əl Ərəbiyyə” telekanalına müsahibəsində məlumat verib.

Nazirin sözlərinə görə, Suriyanın paytaxtında baş verən faciə nəticəsində yaralananların sayı ən böyük dövlət xəstəxanası olan Dəməşq xəstəxanasına gətirilib:

“Səhiyyə Nazirliyinin ən böyük xəstəxanasında ötən gecə 450 yaralı xəstə qəbul edilib. Məndə olan məlumata görə, 28 nəfər də bu atışmalar nəticəsində həyatını itirib.”

Xəbər lenti

Xəbər lenti