Türkiyənin XİN başçısı Əhməd Davudoğlu CNN Türk telekanalına verdiyi müsahibədə Türkiyə-Azərbaycan əlaqələrinə heç kimin xələl gətirə bilməyəcəyini bildirib.
"Türkiyə-Azərbaycan əlaqələrinə heç kim xələl gətirə bilməz. Türkiyə-Azərbaycan münasibətləri hər şeydən öndə durur", - deyə Davudoğlu bildirib.
XİN rəhbəri onu da qeyd edib ki, Ankara-Yerevan nüasibətləri ilk növbədə Azərbaycan və Türkiyənin maraqlarını təmin etməlidir.
"Türkiyə-Ermənistan münasibətlərinin davam edib-etməməsi isə regionda baş verən hadislərdən asılı olacaq", - deyən nazir onu da qeyd edib ki, Ankranın əsas hədəflərindən biri Qafqazda sülhün bərqarar edilməsidir.