...

Ekspert: İsrail və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək

Nəzər nöqtəsi Materials 22 Dekabr 2016 17:29 (UTC +04:00)
Başa çatmaqda olan il Azərbaycan-İsrail münasibətləri üçün kifayət qədər effektiv olub.
Ekspert: İsrail və Azərbaycan arasındakı münasibətlər daha da möhkəmlənəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Başa çatmaqda olan il Azərbaycan-İsrail münasibətləri üçün kifayət qədər effektiv olub.

Bunu Trend-ə İsrailin “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri, diplomat Yakov Kedmi deyib.

O qeyd edib ki, bu ilin ən əsas hadisəsi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri olub.

Ekspert deyib ki, bu səfər zamanı ölkələr arasında iqtisadi, siyasi və hərbi əməkdaşlığın inkişaf etdirilməsi üçün əsaslar qoyulub.

Y.Kedminin sözlərinə görə, İsrail və Azərbaycan arasındakı münasibətlər dərin dostluq, qarşılıqlı maraqlar üzərində qurulub və strateji xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti