...

Əli Əhmədov: Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır

Nəzər nöqtəsi Materials 25 Fevral 2019 15:31 (UTC +04:00)
Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır.
Əli Əhmədov: Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı faciəsini tanıyıblar. Güman edirəm ki, bu faciəni qətliam kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin".

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov "Xocalı soyqırımını unutmadıq!" adlı tədbirdə çıxışı zamanı deyib.

Ə.Əhmədovun sözlərinə görə, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib.Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov, 150 nəfər itkin düşüb, 25 uşaq hər iki valideynini itirib:

"Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, dünyanın ən dəhşətli faciələrindən biridir. Xocalı qətliamı xalqın yaddaşındadır. Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, bizim istəyimiz odur ki, bu qətli törədənlər layiqli cəzasını alsınlar. Bir xalq olaraq, bu məqsədimizə nail olacağıq".

Ə.Əhmədov qeyd edib ki, insanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır:

"Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərdə bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti