...

Quzu qabırğasından kabab, tərxun, ayran... - Latviyanın "Eurovision-2012" təmsilçisi (EKSKLÜZİV, FOTO)

Eurovision-2012 Materials 18 May 2012 10:55 (UTC +04:00)
Latviyanın "Eurovision-2012" təmsilçisi Anmari (Linda Amantova) Trend-ə ekslüziv müsahibə verib.
Quzu qabırğasından kabab, tərxun, ayran... - Latviyanın "Eurovision-2012" təmsilçisi (EKSKLÜZİV, FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər V.İmanov, E.Mehdiyev/

Latviyanın "Eurovision-2012" təmsilçisi Anmari (Linda Amantova) Trend-ə ekslüziv müsahibə verib. Anmari "Beautiful Song" mahnısı ilə birinci yarımfinalda çıxış edəcək. Müsahibədən əvvəl Anmarinin Azərbaycana qeyri-adi sevgisini qeyd etmək istərdik. Bakı aeroportunda Anmari onu qarşılayanları Azərbaycan dilində salamladı və "Sarı gəlin" xalq mahnısını ifa etdi. Daha sonra özünün mətbuat konfransında da bu xalq kompozisiyasını ifa etdi. O hələ uşaqlıqdan Azərbaycan nağıllarının və bu ölkənin qadın xalq rəqslərinin vurğunudur.

- Bu yaxınlarda Trend-ə müsahibənizdə siz demişdiniz: "Mən Latviyanın "Eurovision" milli seçim turunda qalib gələndə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov məni Bakıya gətirmək üçün çox gözəl "uçan" xalça bağışladı. Xalça ilə Bakıya uçuş necə keçdi?

- (Gülür). Mən onu evdə onunla oynamağı çox sevən körpəmə qoydum. Bakıya isə sadəcə valeh oldum. Əladır! Belə səmimi qarşılamaya və münasibətə görə, mənim əzizlərim, hamınız çox sağ olun. Burada gözəl havadan tutmuş insanların qeyri-adi səmimiliyinə qədər hər şey mənim çox xoşuma gəlir.

- Bəs Baltik dənizindən sonra Xəzərdə çimmək istəmirsiniz?

- Əlbəttə, amma bizi heç kim dəvət etmir (gülür). Deyirlər ki, indi dənizin suyu soyuqdur. Amma 19 dərəcə bizim üçün tam əlverişlidir.

- Daha nə xoşunuza gəlir?

- Sizin milli mətbəxiniz - göyərti, xüsusilə tərxun, quzu qabırğasından kabab, ayran, hələ paxlava - super!

- Çox aludə olmayın, yoxsa Bakıdan artıq çəki ilə gedərsiniz.

- Heç bir qorxusu yoxdur, sonra idman zalında hər şey normaya düşəcək (gülür).

- Bakı ilə Riqa arasında hansı paralelləri aparmaq olar?

- Bizim 18-19-cu əsrlər arxitektura binaları oxşardır. Maraqlıdır, sizdə insanların yolda gedərkən başqalarının gözünə baxması mənim diqqətimi çəkdi. Bu söhbət zamanı da belə olur. Bizim adamlar bu mənada bir qədər utancaqdırlar. Lakin mən artıq adamların gözlərinə baxmağı öyrənmişəm.

- Sizə - məlahətli, gözəl, sarışın və istedadlı müğənniyə müsabiqədə qələbə arzulayırıq ki, gələn il sizə qonaq gələk.

- Qoy Tanrı sizin səsinizi eşitsin və biz çox xoşbəxt olarıq. Biz sizin bizə qonaq gəlməyiniz naminə əlimizdən gələn hər şeyi edəcəyik.

Xəbər lenti

Xəbər lenti