Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Niderlandı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Joan Franka onu müsabiqədə müşayət edən qrup ilə birgə Qobustan şəhərində gəzintidə olublar.
"Biz Qobustana getdik, oranı çox sevdim, həqiqətən də gözəl idi," - bunu Trend-ə müsahibəsində Niderland təmsilçisi deyib.
O, Azərbaycan xalqının qonaqpərvərliyindən də həvəslə danışıb. İfaçı Azərbaycan xalqının onun çox xoşuna gəldiyini söyləyərək deyib ki, burada insanlar çox mehribandılar və o, özünü evdəki kimi hiss edir.
"Bakı Kristal Zalı" çox möhtəşəmliyini qeyd edən müğənni burada müğənninin öz performansını layiqincə ifa etmək etmək üçün hər cür şərait olduğunu diqqətə çatdırıb.
Franka yeni inşa edilmiş Dövlət Bayraq Meydanına da heyran olduğunu söyləyib. "Deyərdim ki, hələ həyatımda bu cür böyük bayraq görməmişdim", - müğənni qeyd edib.
Franka özünün müsabiqədəki favoritləri barədə də qısa məlumat verib. Müğənni daha çox İsveç və Serbiyadan olan təmsilçiləri xoşladığını deyib.
Müğənni müsabiqədə qalibiyətinizə inanırmısınız sualına cavab verərkən bu haqda hələ tez olduğunu söyləyib.
"Biz qalib gələcəyik deməyi xoşlamıram. Doğurdan da burada gözəl mahnılar və ifaçılar var və hər şeyi səsvermədən sonra görəcəyik", - Franka deyib.