...

"Buranovskiye babuşki" udmurt dilində Azərbaycan haqqında mahnı oxuyacaq

Eurovision-2012 Materials 22 May 2012 23:59 (UTC +04:00)
Rusiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edən "Buranovskiye babuşki" kollektivi repertuarına udmurt dilində Azərbaycan haqqında mahnı daxil edib.
"Buranovskiye babuşki" udmurt dilində Azərbaycan haqqında mahnı oxuyacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbirlər V.Javoronkova, A.Bədəlova/

Rusiyanı "Eurovision 2012" müsabiqəsində təmsil edən "Buranovskiye babuşki" kollektivi repertuarına udmurt dilində Azərbaycan haqqında mahnı daxil edib. Bu barədə çərşənbə axşamı Trend-ə qrupun administratoru Mariya Tolstuxina bildirib.

"Nənələr udmurt dilində Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısını öyrəniblər. Bu mahnı nənələrin çox xoşuna gəlir", - Tolstuxina deyib.

Onun sözlərinə görə, nənələr həyəcanlanırlar, lakin özlərini yaxşı hiss edirlər.

"Bu gün onlar dənizə gediblər, balıqqulağı toplayıblar, çox şən idi. Nənələr o qədər hadisə yaşayıblar ki, istənilən gəncə "fora" verə bilərlər. Onlarda çoxlu güc və səbr var. Onlar Qız Qalasına gediblər, dəniz sahilində gəziblər - o, çox gözəldir. Nənələr hamı ilə Azərbaycan dilində "salam aleykum" deyə salamlaşırlar", - Tolstuxina vurğulayıb.

Tolstuxina nənələrə bəxş etdikləri sevgiyə görə bakılılara təşəkkür edib.

"Buranovo kəndinə bütün qohumlar toplaşıblar, nənələrə azarkeşlik edəcək həmkəndlilər, jurnalistlər gəliblər. Əgər biz əvvəllər yalnız Udmurtiyanı təmsil edirdiksə və respublikanı məşhurlaşdırmaq istəyirdiksə, hazırda bütün Rusiyanı təmsil edirik", - o deyib.

Xəbər lenti

Xəbər lenti