...

KFP-nın döyüşçüləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşirlər

Dünya xəbərləri Materials 7 Dekabr 2007 03:09 (UTC +04:00)
KFP-nın döyüşçüləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşirlər

Türkiyə, Ankara, /müxbir Trend A.Ələskərov/ Diplomatik təziqlərlə və döyüşçülərə qarşı hərbi əməliyyatların başlanması ilə bağlı Kürd fəhlə partiyası (KFP) mərkəzlərini Kendili adlanan dağlıq ərazisindən Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə köçürülməsi başlanıb.

Bu barədə Mutlu Kelkeçenin kəşviyyat mənbələrinə istina edərək "Akşam" qəzetində dərc olunmuş məqalisənə istina edərək "Hürriyət" xəbər verir.

Qeyd edilir ki, KFP-nın döyüşçüləri öz bazalarını tərk edərək, erməni terorçularının köməyi ilə Dağlıq Qarabağ ərazisinə keçməyi planlaşdırırlar.

Bunun qarşısını almaq üçün Türkiyənin prezidenti Abdulla Gül, Azərbaycana və Gürcüstana səfəri zamanı bu məsələni dövlət başçıları ilə müzakirə etmişdir. Bundan savai Türkiyə Avropa parlamentinin komisiasının diqqətini KFP-nın fəaliyyətində erməni terorçularının iştrakınıa cəlb etmişdir. "Hürriyət"-in yazdığına görə erməni diasporunun xətti ilə alınan məlumata əsasən, KFP-nın döyüşçüləri ilk öncə Avropanın hər hansı bir ölkəsinə getməli və oradan Ermənistanın köməyi ilə işğal olunmuş ərazilərdə yerləşdirilməlidirlər.

Həmin bu məsələ hətta AR hüquqmühafizə orqanlarını nümayəndələrinin Ankaraya rəsmi səfəri zamanı müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti