...

Birləşmiş müxalifət Gürcüstan parlamentinə öz tələblərini təqdim edib

Dünya xəbərləri Materials 17 Yanvar 2008 19:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 yanvar/ Trend , N.Kirtsxaliya/ Birləşmiş müxalifət Gürcüstan parlamentinə "qəti tələblər" təqdim edib. "Biz Gürcüstan parlamentinə legitim hakimiyyət orqanı kimi müraciət edirik və ondan bir neçə tələbin yerinə yetirilməsini istəyirik", - bu gün Gürcüstan parlamenti binasının qarşısındakı brifinqdə "Gürcüstanın yolu" partiyasının lideri Salome Zurabişvili Birləşmiş müxalifətin adından bildirib.

Onun tərəfindən səsləndirilən tələblər aşağıdakılardır:

1. İstənilən növ siyasi təqiblərin, qanunsuz dinləmələrin və hədələrin dayandırılması, siyasi fəallığına görə həbs edilən şəxslərin azad edilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyəti üzərində nəzarət üzrə xüsusi effektiv monitorinq sisteminin yaradılması.

2. Seçki adiminstrasiyalarının bütün səviyyələrdə paritet əsasda komplektləşdirilməsi, MSK sədrini hər iki tərəfin razılığı ilə təyin edilməsi.

3. İctimai yayımda paritetin təmin edilməsi, baş direktorun tərəflərin razılığı ilə təqdim edilməsi, informasiya və analitik verilişlərdə müxalifət və hakimiyyətə bərabər vaxt verilməsi.

"Ədalətli parlament seçkilərinin keçirilməsi və seçkilərdən sonra vətəndaş həmrəyliyinin təmin edilməsi bu şərtlər, həmçinin, ədalətli məhkəmənin, biznesin azadlığının təmin edilməsi və parlamentin rolunun gücləndirilməsindən sonra mümkün ola biləcək", -Zurabişvili bildirib.

Xəbər lenti

Xəbər lenti