Gürcüstan, Tbilisi, 23 may / Trend , müxbir N.Kirtsxaliya/ Dörd siyasi subyekt beş faizlik səddi keçərək Gürcüstan parlamentinə daxil olub. Bu haqda MSK-nın mətbuat-spikeri Zurab Kaçkaçşvili seçkilərin son ilkin nəticələrini cümə günü brifinqdə açıqlayarkən bildirib.
Birinci yerdə Vahid Milli Hərəkat - 59,48 faiz, ikinci yerdə - Birləşmiş müxalifət - Milli şura - Yeni sağlar - 17,69 faiz, üçüncü yerdə - XDH - 8,26 faiz, Leyboristlər - 7,55 faiz səs toplayıblar.
Digər partiyalar aşağıdaki səs faizini toplayıb:
№1. "Gürcü siyasəti" (lider Qoca Pipiya) - 0,46%
№2. Respublika partiyası (lider David Usupaşvili) - 3,78%
№3. "Sağ Alyans: Topadze - "Sənayeçilər" - 0,92%
№6. "Gürcüstan idmançıları şurası" - 0,21%
№8. Ümumgürcü Radikal Demokratlar Milli Partiyası (Şalva Kupraşvili) - 0,18%
№9. Xristian-Demokrat Alyansı (Qiya Maysaşvili) - 0,89 %
№11. "Ənənəçilər - "Bizim Gürcüstan" - Qadın partiyası" - bloku -0,46%
№12. "Bizim Ölkə" (Tamaz Ququnişvili) - 0,12%
"MSK-nın ilkin məlumatlarına görə, 75 mojaritar dairədən 71 yeri Vahid Milli Hərəkat, 2 yeri - Respublikaçılar və 2 yeri Birləşmiş müxalifət əldə edir", - Kaçkaçşvili əlavə edib. Seçki komissiyaları üzvlərinə minnətdarlıq bildirən Kaçkaçşvili həmçinin bildirib ki, 15 dairə komissiyasının nəticələri ləğv edilib, bu isə seçki nəticələrinə ciddi təsir göstərməyəcək. Kaçkaçşvili qeyd edib ki, İraqda yerləşən iki seçki məntəqəsinin nəticələri də hələ hesablanmayıb. Xüsusi reys Tbilisiyə artıq gəlib.
Məlumatlara görə, VMH parlamentdə konstitusiya əksəriyyətini qazanacaq. Partiya təxminən 120 yerə ümid edə bilər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]