...

Suriyanın nüvə proqramı: reallıq və perspektivlər - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 27 İyun 2008 18:38 (UTC +04:00)

İsrail, Qüds, 30 iyun / Trend , müxbir R.Abdullayev/ Yaxın Şərq regionunun ən mühüm problemi region dövlətlərinin "nüvə plüralizmi"-dir. Nüvə ambisiyalı bu dövlətlərdən biri də Suriyadır.

Suriya hazırkı müasir beynəlxalq münasibətlərdə Tehranla daha sıx bağlıdır və daha çox ondan asılıdır.

Bu halda xəyala qapılmaq lazım deyil. İran Suriyanın regionda yeganə real hərbi geosiyasi dayağıdır və ABŞ -ın Suriyanı vuracağı təqdirdə, amerikalarla konfliktə gedəcək yeganə ölkədir. İran da Suriya İsrailqarşıdurmasında onunla müttəfiqdir. Demək olar ki, ikinci dünya müharibəsində Almaniya İtaliyanı necə istifadə edirdisə, İran da Suriyanı eləcə istifadə edir.

Əbəs yerə deyil ki, bir neçə gün bundan əvvəl Dəməşqdəki səfir Səid Əhməd Musəvi Bəşər Əsədə nüvə texnologiyalarının inkişafı sahəsində Tehranın xidmətlərini təklif edib. Səfir vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün İran nüvə texnologiyaları sahəsində qazandığı təcrübəni Suriyaya verməyə hazırdır.

Suriya 1963 - cü ildən 144 dövlətin imzaladığı nüvə silahının yayılmaması Müqaviləsində iştirak edir və BMT-nin mütəmadi yoxladığı kiçik tədqiqat reaktorunu istismar edir.Bir neçə ay bundan əvvəl Ağ Evdə keçirilən qapalı brifinqdə Amerika kəşfiyyatının yüksək nümayəndələri bildiriblər ki, Şimali Koreyanın nüvə sahəsinin yüksək rəhbərləri və Suriyanın yüksək vəzifəli şəxsləri bu nüvə reaktoru barədə məsələni hələ 1997-ci ildə müzakirə etməyə başlayıblar."Suriya rejimi beynəlxalq ictimaiyyətə özünün qeyri-qanuni nüvə fəaliyyətinin səbəblərini izah etməlidir. Dəməşq terrorizmi dəstəkləyir, Livanda vəziyyəti gərginləşdirən hərəkətlər edir, xarici döyüşçülərin tranzit yolu ilə İraqa keçməsinə şərait yaradır və öz xalqını represiyalara məruz qoyur", - Ağ Evin mətbuat katibi Dana Perino bildirib.

Uzun illər Suriyanın nüvə məsələləri Dəməşq hökumətinin himayəsində olmayıb. Buna görə də o illər İsraildə hesab edirdilər ki, Suriya bombanı düzəltmək istəmir və ya onu düzəldə bilməyəcəyi ilə barışıb. Rəsmi Dəməşq Birinci Livan müharibəsində (1982) "ayıldı". O vaxt Bekaa vadisində gedən hava döyüşləri Hafiz Əsəd üçün dəhşətli nəticə ilə bitdi; 100 Suriya təyyarəsi vuruldu və israillilər o vaxt üçün ən müasir sayılan Sovet zenit-raket qurğularını məhv etdilər. Altıgünlük müharibədə Suriya HHQ - nə rəhbərlik edən Ata Əsəd hava müharibələri tarixində ən böyük qulaqburmanı aldı və çoxlu vəsaitl sərf etdiyi sistemi itirdi. O vaxt o, iki mühüm qərar qəbul etdi. Hafiz Əsəd onunla rəqabət aparan radikal Xomeyni rejiminə Livanda İranmeylli gizli təşkilat ("Hizbullah") yaratmağa imkan verərək, İsrail ərazisini vura bilən HHQ - nin və raketlərin inkişaf etdirilməsinə vəsaitlərin xərclənməsinə şərait yaratdı. Ucuz kütləvi qırğın silahının alınması cəhdlərinə baxmayaraq, nüvə arzusu Hafiz Əsədi rahat buraxmırdı.

Qərb kəşfiyyatının məlumatlarına əsasən, tendensiya dəyişikliyinin bir neçə səbəbi olub. Onlar arasında Suriyada hakimiyyət dəyişikliyini göstərmək olar. Oğul Əsədin konsepsiyaya əsasən, Suriya nüvə silahının alternativi yoxdur. Əsədin İranla , "Hizbullah"-la yaxınlığı və Tehranın maliyyə yardımı da öz rolunu oynayıb. 2001- ci ildə Şimali Koreyanın nüvə mərkəzlərini yardımçı avadanlıqlarla təchiz edən Avropa şirkətlərindən biri Suriya ilə, "elektrik stansiyalarını üç güc aqreqatının təchizi üzrə", dəyəri 17 milyon dollar olan analoji müqavilə bağlayıb. Razılaşmadan bir il sonra, kosmosdan çəkilən şəkillərdə Dir-Əz-Zəra rayonunda müəmmalı obyektlərin tikintisinin miqyası açıq-aydın görünməyə başladı. Bir qədər sonra layihədə Suriya müdafiə nazirliyinin xüsusi hissələrinin iştirak etdiyi məlum oldu. Peyklər Dir-Əz-Zəradakı mərkəzə çoxlu betonun tökülməsi barədə şəkillər ötürürdü. 2007- ci il sentyabrın 6 - a keçən gecə yeddi İsrail təyyarəsi bu obyekti bombaladılar. Suriyalılar dəhşətə gəldilər. Onların HHM Qüvvələri həyəcan siqnalını təyyarələr raketləri buraxdıqdan sonra verdilər ki, bu da hər hansı əks tədbirin görülməsini qeyri-mümkün etdi. Peykdən çəkilən şəkillər göstərdi ki, suriyalılar hücumdan sonra qalan bütün izləri itiriblər. Hətta İsrailin boş əraziləri bombalamasını göstərmək üçün jurnalistləri də dəvət etdilər. Rəsmi Qüds, vurulan zərbənin Əsədi qıcıqlandıracağından ehtiyat edərək, uzun müddət və qətiyyətlə susurdu. Lakin Ankaranın vasitəçiliyi sayəsində Suriya və İsrail yalnız müraciətlərlə mübadilə etdilər.

Bəs bu gün Suriyanın nüvə Proqramı ilə bağlı nə baş verir? Bombardmandan üç ay sonra həmin ərazidə məhv edilən əvvəlki binaya bənzəri inşa edilməyə başlanıldı. Obyektdə yoxlamanın aparılmasına cəhdlər MAQATE-nin xahişi ilə edilir.İsrail uzun müddət oğul Əsədin təhqirə necə dözməsinin narahatlığını keçirirdi. Hələliksə, Qüdsdə hesab edirlər ki, müharibə olmayacaq və hətta Colan yüksəklikləri ilə bağlı, Ankaranın vasitəçiliyi və diplomatik dəstəyi ilə, birbaşa danışıqlar aparır, baxmayaraq ki, Şərq regionunda nisbi sakitlik çox vaxt aldadıcı olur.

Xəbər lenti

Xəbər lenti