...

Qazaxıstan ATƏT-də katiblik edəcək - ATƏT PA-nın Baş katibi

Dünya xəbərləri Materials 2 İyul 2008 10:52 (UTC +04:00)

Qazaxstan, Astana, 02 iyul/ Trend , müxbir K.Konırova/ Qazaxıstan ölkədə demokratiyanın inkişafı üzrə üzərinə götürdüyü öhdəlikləri 2010-cu ilə qədər yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, 2010-cu ildə ATƏT-də katiblik edəcək, - çərşənbə günü Astanada keçirilən mətbuat konfransında ATƏT PA-nın Baş katibi Oliver Spenser bildirib.

Qərar atıq qəbul olunub və Qazaxıstan 2010-cu ildə katiblik edəcək, - Spenser deyib.
"Qazaxıstan bizim nəzərimizdə olacaq və orada baş verən bütün proseslər ATƏT-in bütün ölkələrində fəal şəkildə işıqlandırılacaq. Bizim burada olmağımız Qazaxıstanın bu istiqamətdə müəyyən nailiyyətlərə çatmasından xəbər verir", - təşkilatın Baş katibi qeyd edib.



Xəbər lenti

Xəbər lenti