...

Gürcüstan paytaxtının bəzi rayonları su altında qalıb

Dünya xəbərləri Materials 20 Sentyabr 2008 18:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 sentyabr / Trend müxbir N.Kirtsxalia/ Yağan leysan yağışı nəticəsində Gürcüstan paytaxtının bir neçə rayonu su altında qalıb, yollar bərbad hala düşüb. Daha çox Tbilisinin İsani-Samqori rayonu zərər çəkib.

Bəzi yerlərlə suyun səviyyəsi üç metrə çatıb. Kaxetiya bölgəsinə aparan avtomobil yolunda su treyleri 300 metr yoldan aralı salıb. Xilasedicilər sürücü və onun sərnişinini maşından çıxara biliblər.

Paytaxtın vitse-meri Niko Xaçirişvilinin bildirdiyinə görə, güclü yağışa rəğmən dağıntı və ölənlər yoxdur. "Xilasedicilər yaxşı işlədilər, onlar gecə boyunca insanlara yardım göstərdilər", - deyə o vurğulayıb.

Tbilisinin bəzi rayonlarına elektrik enerjisinin verilməsi dayandırılıb.

Şəhərin yolları təmizlənib və hərəkət bərpa olunub. Lakin metereoloqlar yağışın güclənəcəyini proqnozlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti