...

Ukraynanın baş naziri yeni hökümətin yaradılmasına çağırıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2008 04:15 (UTC +04:00)
Ukraynanın baş naziri yeni hökümətin yaradılmasına çağırıb

Ukraynanın baş naziri Yuliya Timoşenko dünya maliyyə böhranı ilə mübarizə məqsədilə Ali Radada koalisiya və yeni hökümətin yaradılmasına çağırıb, RİA Novosti xəbər verir.

"Mən prezidentə, siyasi qüvvələrə, fraksiyaların liderlərinə müraciət edərək Ali Radanın işini bərpa etməyə, dünya maliyyə böhranı ilə mübarizə məqsədilə Nazirlər Kabinetini təcili formalaşdırmağa və Ukraynanı maliyyə böhranından qorumaq üçün hökümət yaratmağa çağırıram", - Timoşenko bazar günü xalqa telemüraciətində bildirmişdir.

Onun sözlərinə görə, yeni koalisiyaya və hökümətə parlamentin bütün fraksiyaları daxil olmalıdır.

Xəbər lenti

Xəbər lenti