...

Avropanın təhlükəsizlik strukturunda dəyişikliklər zərurətdir– ABŞ və Kanada İnstitutu Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru

Dünya xəbərləri Materials 5 Dekabr 2008 17:06 (UTC +04:00)

Rusiya Elmlər Akademiyası (REA) ABŞ və Kanada İnstitutunun Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Anatoli Utkin, xüsusi olaraq Trend üçün

Mən Amerika kəşfiyyatının noyabrın 19 - da dərc edilmiş, ABŞ - ın yeni seçilmiş prezidentinə təklif edilən və hazırda dünyada kifayət qədər geniş müzakirə edilən məruzəsinin təsiri altındayam. Bu məruzədə deyilir ki, NATO öz gücünü itirir. Əvvəllər blokun müəyyən hədəfi vardı - Varşava müqaviləsi. Lakin indi Rusiya başqadır. Bir şey baş versə, nüvə müharibəsinə başlamaqdan başqa yol qalmır və bununla əlaqədar olaraq, amerikalılar və Şimali Atlantika rəhbərliyi əvvəllər tətbiq edilən üsullarla danışmaqdan çəkinirlər.

ABŞ kəşfiyyatının məruzəsi onunla maraqlıdır ki, məruzədə ilk dəfə olaraq "biz" və "onlar", "bizim maraqlar" və "onların maraqları" sözləri yoxdur. Burada, sadəcə, dünyada baş verən proseslərdən danışılır. Başlıca proses - iqtisadi və müdafiə gücünün Şimali Atlantikadan Cənubi Asiyaya axmasıdır: Hindistan, İran və əlbəttə ki, Çinə. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatı haqqında müsbət fikirlər çox olub - amerikalılar bu təşkilatda gələcəyin hərbi ittifaqını görürlər. NATO - ya gəlincə, bu məruzədə bir neçə dəfə Alyansın öz əhəmiyyətini itirməsi barədə danışılır. Məsələn, NATO - ya üzv ölkələr Alyansın bütün hərbi gücündən istifadə edərək, Əfqanıstanı fəth edə bilmirlər. Aydındır ki, nə Britaniya, nə də sovet ordusu bunu edə bilməyib. Lakin hazırda NATO  da bunun öhdəsindən gələ bilmir.

Şimali Atlantika Alyansının yeni üzvləri bu bloka daxil olmazdan əvvəl onunla, NATO -ya qoşulmaqla Alyansa üzv qabaqcıl ölkələrin səviyyəsinə qalxacaqlarına ümid edirlər. Nəticədə, NATO bloku bu dövlətlərin səviyyəsinə düşdü. Və bu hər yerdə baş verir - Baltikyanıda, Rumıniyada, Bolqarıstanda və s. Amerikalıların özlərinin Rusiya silahlarının daha yaxşı və döyüş qabiliyyətli olmasını etiraf etsələr də, nədənsə, ABŞ silahlarına, təyyarələrinə üstünlük verən polyaklar xüsusilə anfəşanlıq edirlər

Hər hansı bir hərbi ittifaqın konrekt məqsədlər olmadan mövcud olması barədə xəyallara uymaq olmaz. NATO - nun həqiqi məqsədi Rusiyanın imkanlarını maksimal dərəcədə məhdudlaşdırmaqdır. Mən Alyansın əhəmiyyətini kiçiltmək istəmirəm; blok müasir silahlarla silahlanmaqda davam edir. Lakin NATO ona görə ciddi böhranda deyil ki, Rusiya Alyansın əleyhinədir və ya ona hər hansı bir təzyiq göstərir. Təşkilat ona görə böhrandadır ki, fransızlar, italyanlar və almanlar istəmirlər ki amerikalılar polyak və rumınların köməyi ilə onlara təzyiq göstərsinlər. Və məhz buna görə də, NATO - ya üzv ölkələr ona nail olublar ki, blok Rusiya ilə dialoqu bərpa edir və Gürcüstan və Ukraynanın öz sıralarına qəbul edilməsi prosesini dayandırır.

NATO həm də ona görə çox yaxşı vəziyyətdə deyil ki, Aİ-yə üzv ölkələr Avropa ordusunun - kiçik, sayı 7-10 min nəfər olan ordunun yaradılmasının arzu edirlər. Amerikalılar buna cavab olaraq deyirlər ki, bunun üçün NATO - nun istənilən kontingentini ayırmağa hazırdırlar. Avropalılarsa NATO - ya ABŞ - ın  başçı olması, qərarlar qəbul  etməsinə narazılıq bildirərək ,  bu təklifdən imtina edirlər. Və  belə vəziyyət təxminən 10 ildir ki, davam edir.

Bununla əlaqədar olaraq, Avropanın təhlükəsizlik strukturunda dəyişikliklərin edilməsinə zərurət şübhəsiz ki mövcuddur. Əvvəlki struktur şifahi şəkildə1975 - ci ilin  Helsinki Aktına söykənirdi. Aktda bildirilirdi ki, hər iki hərbi blok hərbi qarşıdurmanı dayandırmalı və əksər funksiyaları ATƏT- ə verməlidir. Amma aydın oldu  ki, bu təşkilat - Qərbin silahıdır və orada işləməsə də, bizim ərazimizdə yaxşı fəaliyyət göstərir.

ATƏT ümumavropa təhlükəsizlik sistemi ola bilmədi. İndi Rusiya başqa təklif edir. Axı, "soyuq müharibənin" guya artıq çoxdan bitməsi barədə cəfəngiyyat davam etsə də, o, bununla başa çatmayacaq. "Soyuq müharibə" həqiqətən başa çatıbsa, nə üçün ABŞ və Rusiyanın hər birinin yeddi min strateji nüvə silahı var?

"Soyuq müharibə" Rusiya və Qərbin, ya da NATO və ya yeni təşkilatın strateji nüvə qüvvələrinin ümumi komandanlığı yaradılanda başa çatacaq. Rusiya və ya ABŞ təkcə öz qərarları ilə belə təşkilatda  öz siyasətlərini apara bilməyəcəklər. Buna görə də, Rusiya Federasiyası bunun lehinə çıxış edir.

Müəllifin rəyi Trend informasiya agentliyi redaksiyasının rəyi ilə üst - üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti