...

Gürcüstan vizasız ölkələrin siyahısını genişləndirir

Dünya xəbərləri Materials 15 Yanvar 2009 10:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan, onun sərhədlərini keçərkən vətəndaşlarından viza tələb olunmayacaq və onun ərazisində 360 gün müddətində qala biləcək dövlətlərin siyahısını 26-dək artıracaq.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu hüququ Bruney, Sinqapur, Avstraliya, Monako, Argentina, Xorvatiya, Çili və bir sıra digər ölkələrin vətəndaşları alacaqlar.

Bu gün Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Yaponiya, İsveçrə və daha 12 dövlətin vətəndaşları bu hüquqa malikdir.

Rusiya vətəndaşları Gürcüstan sərhədini keçərkən viza almalıdırlar.

Xəbər lenti

Xəbər lenti