...

Gürcüstan prezidenti Nika Qilaurini Baş nazir qismndə təqdim edib

Dünya xəbərləri Materials 30 Yanvar 2009 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/  Gürcüstan prezidenti Baş nazirin birinci müavini, maliyyə naziri Nika Qilaurini ölkənin Baş naziri təyin etmək barədə qərar qəbul edib. "Bu, demək olar ki, mexaniki yerdəyişmədir. Belə şəraitdə düşünülməmiş hərəkətlər etmək olmaz", - o hökumətin iclasında bildirib.

"Gürcüstan hökumətinə sabitlik, sakitlik və iş lazımdır", prezident bəyan edib.

Maliyyə naziri vəzifəsini əvvəlki vəzifəsində Qilaurinin birinci müavini Kaxa Bainduraşvili tutacaq, - Saakaşvili qeyd edib. "Biz hamımız Qilaurini yaxşı tanıyırıq. Bu gün televizora baxmağımız, evimizdə işığın olması energetika naziri olan zaman sahənin geridə qalmasını aradan qaldıra və evlərimizdə daimi işığı təmin edə bilən Qilaurinin xidmətləridir. Onun maliyyə naziri vəzifəsindəki işi barədə demək olar ki, ölkədə pensiya və əmək haqlarının gecikdirilmədən verilməsi məhz onun xidmətidir. Bundan başqa, bütün maliyyə - büdcə sistemi saz vəziyyətdə işləyir", - o deyib.

Saakaşvili Bainduraşvilinin peşəkarlığını qeyd edərək, onun "əsl peşəkar" olduğunu bəyan edib. Prezident hökumətin "vaxt ötdükcə yaxşı tərəfə yenilənən" güclü nüvə olduğunu bildirib. Yeni nazirlər öz idarələrində vəzifələrə tanışları və yaxınlarını təyin etməməlidirlər, - Saakaşvili əlavə edib. "Düşünürəm ki, biz artıq bu uşaq xəstəliyini keçmişik və indi kənardan gələn təhdidlər, ilk növbədə isə ,iqtisadi xarakterli təhdidlər fonunda tam güclə işləməyimiz lazımdır", -  o qeyd edib.

Gürcüstan prezidenti Mqaloblişvilinin Baş nazir vəzifəsindən getməyə məcbur olması ilə əlaqədar təəssüfünü bildirib. "Mən Mqalobilşvilinin həkimi ilə məsləhətləşmişəm. Nə etməli, o xəstədir və müalicəyə ehtiyacı var. Ümid edirəm ki, tezliklə sıraya qayıdacaq", - prezident bildirib.

Gürcüstan ətrafında böhran guruldayır və bu gün ölkənin fəaliyyət göstərməmək imkanı yoxdur, - o deyib. "Bizə hərbi qərargah rejimində işləmək lazımdır və özümüzü buraxmaq hüququmuz yodur. Gürcüstanda iş yerlərinin olması üçün işləməliyik və ətrafımızda guruldayan böhranlı qasırğanın qurbanı olmamışıq", - prezident vurğulayıb.

Ekspertlər bəzi qonşu ölkələrə iqtisadiyyatın dağılmasını qabaqcadan xəbər verdikləri vaxtda, BVF-in Gürcüstan üzrə proqnozu normaldır və belə əhval-ruhiyyəni saxlamaq lazımdır, - prezident bildirib.

Gürcüstan prezidenti parlamentin yeni Baş naziri təsdiqləyəcəyinə əmin olduğunu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti