...

Qırğızıstan EA-nın növbəti dərgisində Azərbaycana aid yazılar dərc olunub

Dünya xəbərləri Materials 14 Fevral 2009 17:42 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14 fevral Trend R.Мəşədihəsənli Qırğızıstan EA-nın "Ədəbiyyat və İncəsənət məsələləri" dərgisinin bugünku sayında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişilə Azərbaycanla bağlı bir sıra məqalələr dərc olunub. Bu barədə Trend müxbirinə fondun sədri Nüsrət Məmmədov məlumat verib.

Məmmədovun sözlərinə görə, dərgidə Turar Koyçuyevin "Heydər Əliyevin beş zirvəsi " məqaləsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətinə və Türk Dünyasının gələcəyi üçün miras qoyduğu nəsihətlərinə həsr olunub.

Bundan başqa, Aqil Hacıyevin "Mir Cəlalın yaradıcılığında qərb və rus ədəbiyyatı" elmi məqaləsi, qırğız publisist Şarapat İskenderovanın "Mir Cəlalın "Bir gəncin manifesti" kimi qeydlər diqqəti cəlb edir.

N.Məmmədovun verdiyi məlumatda daha sonra bildirilir ki, Bişkekdə həmçinin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişilə 304 səhifədən və 2000 tirajdan ibarət "Исторические факты о деяних армян на Азербайджанской земле" kitabının birinci nəşri də çapdan çıxıb. İkinci nəşr isə yaxın günlərdə 3000 tirajla çap ediləcək. Kitabda XVIII əsrin sonlarında Azərbaycan xanlıq və sultanlıqlarına daxil olan ərazilər rəngli xəritədə verilib. Eyni zamanda XV əsrə qədər olan dövrdə Azərbaycanın ərazisi xəritədə öz əksini tapıb.

Fon sədrinin bildirdiyinə görə, martın 5-6-da Azərbaycan Milli Məclisinin böyül zalında "Исторические факты о деяних армян на Азербайджанской земле" kitabının təqdimetmə mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti