...

Özbəkistanda 5 il müddətinə davam edəcək sərgi açılacaq

Dünya xəbərləri Materials 15 Fevral 2009 10:20 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 15 fevral / Trend , R.Мəşədihəsənli / Özbəkistan kənd təsərrüfatı və əkinçilik birlikləri və Daşkənd sənaye evinin təşəbbüsilə Daşkənd şəhərində martın 10-da 2013-cü il dekabrın 31-dək davam edəcək sərginin açılışı olacaq. Bu barədə şənbə günü Trend müxbirinə Özbəkistanın Beynəlxalq Altınmiras Fondunun prezidenti Süleyman Mərdanoğlu məlumat verib.

 

Mərdanoğlunun sözlərinə görə, sərgidə əsasən kənd təsərrüfatı maşınları, mexaniki qurğular, suvarma avadanlıqları, toxum, gübrə, əkinçilik-bağçılıq, heyvandarlıq-quşçuluq sahələrində gərəkli olan mexanizm və kimyəvi maddələr nümayiş etdiriləcək.

 

"Bunlardan başqa, inşaat və sənaye sahələrinə aid qurğular, zavod və fabriklər üçün avadanlıq-dəzgahlar məhdudiyyət qoyulmadan sərgidə özünə yer tapacaq. Sərginin keçirilməsində məqsəd iqtisadi böhranın baş alıb getdiyi bir dönəmdə iş adamlarına və biznes sahəsində güclərini sınamaq istəyənlərə əyani vasitələrlə yardım etmək, onları tərəf müqabilləri ilə görüşdürməkdən ibarətdir", deyə Özbəkistanın Beynəlxalq Altınmiras Fondunun prezidenti Süleyman Mərdanoğlu bildirib.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti