...

Qırğızıstan XİN Manas bazasının bağlanması barədə ABŞ-nı xəbərdar edib

Dünya xəbərləri Materials 20 Fevral 2009 16:25 (UTC +04:00)

Qırğızıstanın Xarici İşlər Nazirliyi cümə günü rəsmi olaraq ABŞ hökumətinə Bişkekdəki "Manas" bazasının hərbi fəaliyyəti barədə sazişin ləğv edilməsi barədə xəbərdarlıq edib. RİA Novosti - nin verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Xarici Siyasət İdarəsinin məlumatında bildirilir.

"Müqavilənin şərtlərinə müvafiq olaraq, onun fəaliyyəti Qırğızıstan tərəfinin ABŞ hökumətini rəsmi xəbərdarlıq etdiyi tarixdən 180 gün sonra dayandırılacaq", - deyə ölkə XİN-in məlumatında bildirilir.

İdarənin məlumatına görə, bazanın bağlanması barədə xəbərdarlıq notası fevralın 20-də ABŞ-ın Qırğızıstandakı səfirinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti