...

Brüsseldə viza rejiminin sadələşdirilməsi barədə Gürcüstan-Aİ danışıqlarının birinci raundu keçiriləcək

Dünya xəbərləri Materials 31 Mart 2009 11:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxalia /

31 mart-1 aprel tarixlərində Brüsseldə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə Gürcüstan-Avropa İttifaqı danışıqlarının birinci raundu keçiriləcək. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin sədri Serqi Kapanadze bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində Gürcüstan nümayəndə heyətinə Gürcüstanın XİN rəhbərinin müavini David Calaqoniya rəhbərlik edəcək. "Biz ümid edirik ki, danışıqlar uğurla başa çatacaq", - deyə Kapanadze bildirib.

Xəbər lenti

Xəbər lenti