...

Etiraz aksiyalarını güc tətbiq etməklə sakitləşdirməməliyik – Ayətulla Musəvi Ərdəbili

Dünya xəbərləri Materials 27 İyun 2009 12:23 (UTC +04:00)
Etiraz aksiyalarını güc tətbiq etməklə sakitləşdirməməliyik – Ayətulla Musəvi Ərdəbili

İranın Keşikçilər Şurasının üzvləri yüksək rütbəli dini alimlərindən olan Ayətulla Musəvi Ərdəbili ilə görüş keçirib. Görüş zamanı Keşikçilər Şurasının İranda iyunun 12-də keçirilmiş prezident seçkilərinə nəzarəti, namizədlərin seçkilərin nəticələrinə etirazı və seçkilərdən sonra baş vermiş hadisələr müzakirə olunub. Bu barədə İLNA xəbər agentliyi məlumat verib.

"Seçkiləri təşkil edən məsul şəxslərin xalqın qarşısında öhdəlikləri var. Təəssüflər olsun ki, seçkilərdən sonra baş verən hadisələr İslam Respublikasında hərc-mərcliyin yaranmasına səbəb olub. Etiraz aksiyalarını güc tətbiq etməklə sakitləşdirməməliyik, bu məsələni başqa yolla da həll etmək olar", - Ərdəbili bildirib.

O bildirib ki, aksiyaları sakitləşdirmək üçün etirazçılara danışmaq hüququ verilməlidir. "Etirazçılara televiziyada çıxış etmək hüququ verilməlidir. Qarşı tərəfin də cavabları televiziya vasitəsilə əhaliyə çatdırılmalıdır. Qoy xalq özü kimin haqq, kimin nahaqq olduğunu ayırd etsin. Məntiqsiz danışanlar xalq tərəfindən qəbul edilməyəcək", - Ayətulla bildirib.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi seçkilərin nəticələri elan olunmamışdan öncə qələbə qazandığını bildirsə də, sonradan hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyası keçirib ki, bu da polislə qarşıdurmaya səbəb olub. Təsdiqlənməmiş məlumatlara əsasən, qarşıdurmalar nəticəsində 150 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti